PARİTET-M MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ HAQQINDA

Təşkilatın direktoru Mehman Əliyev kommersiya fəaliyyəti ilə məşğuldur. O, sorğu, biznes təlimi, biznesin idarə edilməsi, vergi və mühasibat uçotu üzrə məsləhətçilik xidmətlərinin ekspertidir. İşçilərin sayı — 4 nəfərdir (hüquqşünas, mühasib, kompüter mühəndisi, iqtisadçı-qiymətləndirici ekspert). Cəlb olunmuş beynəlxalq ekspertlər və mütəxəssislər arasında BƏT “Öz Biznesinə Başla və Təkmilləşdir” proqramının master treneri, həmin proqram üzrə 8 nəfər trener, eləcə də müxtəlif layihələrdə tam təcrübəyə malik xidmət təchizatçıları və fərdi məsləhətçilər yer alır.

«PARİTET-M» Məhdud Məsuliyyətli Cəmiyyəti yerli sahibkarlara vergi və mühasibat uçotu üzrə məsləhət xidmətləri göstərmək, onlara vergi hesabatlarının hazırlanmasında, pensiya fonduna hesabatların hazırlanmasında və digər konsaltinik xidmətlərin aparılmasında köməklik göstərməkdə təcrübəyə və layiqli rola malikdir. Təşkilat tərəfindən bukletlər seriyası buraxılmış, kiçik sahibkarlara və fermerlərə təlimlər keçirilmişdir. Son 10 il ərzində “PARİTET-M” Məhdud Məsuliyyətli Cəmiyyəti icma inkişafı və özünüməşğulluğun həyata keçirildiyi layihələrə daha çox diqqət yetirir. Bizim anlayışımıza görə, bu, layihə respublikaa ərazisisində davamlılıq və iqtisadi inkişaf yaratmağa kömək edir. Təşkilatın son illər ərzində topladığı təcrübə bizə göstərdi ki, yaxşı təşkil olunmuş və fəaliyyət göstərən icmalar layihənin və layihə nəticələrinin davamlılığının təminatıdır.

göstərən icmalar layihənin və layihə nəticələrinin davamlılığının təminatıdır. “Paritet-M” MMC-nin işçiləri, təlimçiləri və konsultantları 01.03.2016-30.10.2017-ci il tarixlərində Beynəlxalq Əmək Təşkilatı və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Müstəqil Dövlətlər Birliyində Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” layihəsi çərçivəsində ”Özünəmşğulluq Proqrmı” layihəsində layihə meneceri, layihə kordinatoru, biznes təlimçi və follow up sahə işçiləri kimi çalışmışlar. Biznes təlimçilərimiz təlim iştirakçılarının seçilməsi və qiymətləndirilməsi, biznes təlimlərinin keçirilməsi, təlim iştirakçısının monitorinqinin və qiymətləndirilməsinin təmin edilməsi, təqib fəaliyyətinin (follow up) keçirilməsini təmin edib. “Paritet-M” MMC-nin üzvləri sorğulrın anketlərin hazırlanması, sorğunun metodologiyasının hazırlanması, sorğuların keçirilməsi, layihənin fəaliyyət planlarının formalaşdırılmasında, təlim tədbirlərinin, seminarların həyata keçirilməsində və sənədləşdirilməsində iştirak edib. Azərbaycanda layihə əsasən kiçik miqyaslı pilot proqramları həyata keçirməklə gənclərin məşğulluq siyasət və proqramlarına real təsir göstərmişdir ki, daha sonra daha geniş fəaliyyət planları və strategiyaları inkişaf etdirilmişdir..

“PARİTET-M” Məhdud Məsuliyyətli Cəmiyyət aşağıda göstərilən layihələrin də həyata keçirilməsində iştirak edib

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən “Azərbaycanda Kəhriz Su Sistemlərinin Bərpası yolu ilə Məcburi Köçkünlərin Məskunlaşdığı Məhəllələrdə İnteqrasiya edilmiş Kənd İnkişafı” layihəsi çərçivəsində “Kiçik Biznes Təşəbbüslərinə Dəstək” müqaviləsi çərçivəsində Ağdam və Ağcaadi rayonlarında Biznes Təlimləri 2020-2021 Layihə fəaliyyəti çərçivəsində əsasən həyata keçirilən fəaliyyətlər:

1.Biznes və digər gəlir gətirən fəaliyyətlər üzrə Təlim kitabçasının (manual) və biznes plan kitabının hazırlanması

2.Biznes planın hazırlanması üzrə təlimlər;

3.Azərbaycanın regionlarına monitorinq səfərləri (2 rayon, Ağdam və Ağcabədi 15 günlük səfərlər);

4.Regionlarda SYB kursunun yaradılması və təmin edilməsi;

5.Yeni bizneslərə təqib ( follow up) ziyarətləri

6.Monitorinq və təqib üçün yeni bizneslərə baş çəkmək

7.Kiçik Biznes Mentorluğu

8.Məsləhət xidməti

9.Problemlərin və təkmilləşdirilməli sahələrin müəyyən edilməsi

10.Həll yollarını təklif etmək və Biznes Planın tərtib edilməsinə köməklik göstərmək

11.Kiçik biznesə qərar vermə prosesində kömək etmək üçün müstəqil, məlumatlı müşahidələrə töhfə vermək

12.Təklif olunan layihələrdə güclü və zəif tərəfləri qeyd edilməsi

13.Tərəfsiz ekspert kimi çıxış edilməsi

14.Sahibkarların yerinə yetirə biləcəyi tövsiyyələrin hazırlanmasında sahibkara yardımçı olmaq

2019-cu il “Paritet-M” MMC-nin işçiləri, təlimçiləri və konsultantları tərəfindən həyata keçirilib: BMT İnkişaf Proqramının (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) “Sosial cəhətdən həssas qruplar üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsində təlim keçirib. Təlimçilərimiz Füzuli rayonunda 34, Gəncə şəhərində 70, Şəmkir rayonunda 68 nəfərə “Sahibkarlıq və biznes bacarıqlarının inkişafı” və “İnsanlarla işləmək üçün sosial və əmək yönümlü reabilitasiya və qeyri-texniki bacarıqların inkişafı” layihələri üzrə təlimçi kimi təlim keçiblər.

2019, “Kənd təsərrüfatının subsidiyalaşdırılması” layihəsi “Paritet-M” MMC-nin işçiləri, təlimçiləri və konsultantları tərəfindən həyata keçirilib: Bitkiçilik sahəsində “Kənd təsərrüfatı istehsalının subsidiyalaşdırılması Qaydaları”nın 2.4-cü bəndinə uyğun olaraq yerli səviyyədə fermerlərə əkin əmsallarının, məhsuldarlığın və toxum bazasının, toxum və tinglik kvotalarının, əkin sahələri və rayonlar üzrə əkin ehtiyaclarının müəyyən edilməsi qaydaları izah edilməsi, subsidiyalar üçün ərizələrin elektron qaydada təsviri ilə bağlı fermerlər üçün müvafiq təlimlər təşkil edildi.

2016-cı ildən “Paritet-M” MMC-nin işçiləri, təlimçiləri və konsultantları tərəfindən həyata keçirilib: Xocavənd Rayon Məşğğulluq Mərkəzində 12 qrupa, Füzuli rayon Məşğulluq Mərkəzində 14 qrupa “Özünüməşğulluq”proqramı çərçivəsində təlim keçirilib. “Paritet-M” MMC-nin təlimçiləri Beynəlxalq Əmək Təşkilatının təlimçiləridir. İlikin TOT “Təlimçilərin təlimi” kursundan sonra təlimçilərimiz üç dəfə “Təlimçilərin təlimi” refresh TOT kursunda iştirak etmişlər.

“Cəbhəyanı rayonlarda uşaqların internetdən düzgün istifadə etməsi ilə bağlı tədbirlərin təşkili” layihəsində. ( Donor - Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası )- təlimçilərimiz ekspert qismində iştirak etdilər .(Ağcabədi-Beyləqan) 2018-2019

“Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” layihəsi – Xocavənd Reabilitasiya Mərkəzi (Donor Nazirliyk yanında DSMF) – “PARİTET-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ekspert qismində iştirak edib – 2018-ci il

"Yodlaşdırılmamış duzun insan orqanizmi üçün fəsadları" layihəsi, 2008-2009, kənd əhalisi arasında təlimlərin keçirilməsi, layihə ərazisində görüşlərin keçirilməsi. Buklet çap edilməsi